fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Bakı Futbol Klubunun keçdiyi yol

fevral 23, 2016 | Medİa
photo
“Bakı” Futbol Klubunun Akademiyası

“Bakı” Futbol Klubunun uşaq gənclər futbol məktəbi 2008-ci ildən fəaliyyət göstərir. 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair dövlət proqramı”nın icrası məqsədilə “Bakı” Futbol Klubu Binəqədi rayonu Biləcəri qəsəbəsində təlim-məşq bazası və Futbol akademiyası inşa etmişdir. 

2011-ci il sentyabr ayının 8-də Azərbacan Respublikasının prezidenti cənab İlham Əliyev “Bakı” Futbol Klubunun Təlim-məşq bazasının açılışını edərək,görülən işlərə yüksək qiymət vermiş və bütün futbol klublarına belə təlim-məşq bazasının inşa edilməsini tövsiyə etmişdir. 

Hal-hazırda illərlə yaradılmış mükəmməl strukturun köməyi, yüksək ixtisaslı məşqçi və texniki heyətin, həmçinin məqsədyönlü aparılmış seleksiya işlərinin nəticəsidir ki, 300 nəfər gənc və perspektiv vəd edən futbolçu“Bakı” Futbol Klubunun akademiyasında futbolun sirlərinə yiyələnirlər. 

Bu gün Azərbaycanın milli yığma və olimpiya komandalarının tərkibində “Bakı” FK-nın Futbol akademiyasının yetişdirdiyi 35 qədər futbolçusu ölkəmizin şərəfini qoruyur. 

U-19,U-17,U-16,U-15,U-14,U-13,U-12 komandalarımız AFFA –nın keçirdiyi çempionat yarışlarında, U-11 və U-10 komandalarımız isə Bakı FK-nın keçirdiyi yarışlarda iştirak edirlər. 

“Baki” FK-nın tərkibində müxtəllif yaş qruplarına aid 11 komanda fəaliyyət göstərir. 

Futbol Akademiyasında 23 məşqçı uşaqlara futbolun sirrlərini öyrədir. 

“Baki” futbol klubunun uşaq və gənclər akademiyasında hazırlıq keçən uşaq və yeniyetmə futbolçular klub hesabına yay və gış idman geyimləri və dünyanın aparıcı idman ləvazimatlarının avadanlıqları ilə təmin olunurlar. Regionlardan olan istedadlı uşaqlar klub büdcəsindən gündəlik cib xərci ilə təşviq olunurlar. 

Akademiyada futbolun sirlərinə yiyələnən gənc futbolçular gün ərzində səhər yeməyi və naharla qidalanırlar. Ay ərzində klubun pulsuz qidalanma imkanlarından yararlana insanların sayı 500 nəfəri keçir. 

”Bakı” futbol klubunun gənc və yeniyetmələrə, uçaq futboluna ayırdığı diqqət beynəlxalq qurumların da diqqətindən yayınmır. Mənzil qərargahı Cenevrədə (İsveşrə) yerləşən Avropa Klublar Birliyinin (ECA) X Assambleyasında ”Bakı” futbol klubunun akademiyası Avropada 2011-ci ilin ”Ən yüksək nailiyyət” mükafatına layiq görülüb. Fəxri mükafatı klubumuza ECA və ”Bayern” Münhen klubunun prezidenti cənab Karl Haynts Rummenige təqdim edib.

  


photo photo