fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Bunu bacarmaq üçün öz üzərimizdə daha çox çalışmalıyıq"

noyabr 12, 2015 | A Komanda
photo
Umar Akmurzayev
Azərbaycan I Divizionunda “Bakı” klubu doğma meydanında Tovuzun “Turan” komandasını 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra “Bakı” klubunun hücumçusu Umar Akmurzayev matçla bağlı fikirlərini sportal.az-ın əməkdaşı ilə bölüşüb: 

- Oyun haqda fikirlərini bildirərdin... 
- Oyun çox çətin keçdi. Həm də hava şəraiti bir az əlverişsiz idi. İlk hissədə külək bizə qarşı idi. Topla istədiyimiz kimi oynaya bilmirdik. Buna görə də, ilk hissədə qapımızda qol gördük. İkinci hissədə məşqçimizin tapşırıqları bir az fərqli olu. İkinci hissədə təzyiqi artırdıq və qalib gəldik” 

- Növbəti oyun səfərdə “Mil-Muğan”la qarşılaşacaqsız. Bu oyun haqda nə söyləyə bilərsən? 
- Səfər oyunları çətin olur. Son səfər oyunumuz “Ağsu” ilə olmuşdu. Həmin oyunda istədiyimiz kimi oynaya bilməmişdik. Çalışacağıq ki, bu səfər oyunundan 3 xalla dönək 

- 19 yaşlı futbolçularımız Ukrayna millisinə 4:0 hesabı ilə darmadağın oldu. Həmin oyunda milli komandmız qapıya doğru dəqiq zərbə endirə bilməyib. Görünür ki, millimizin hücum xətti çox zəifdi. Komandanızın baş məşqçisi də vurğuladı ki, Umar Akmurzayev milli komandaya çağırılmağa layiqdir. Bəs, sən necə fikirləşirsən?- Son qərarı millinin baş məşqçisi verir. Deməli, öz üzərimdə daha çox işləməliyəm. Buna baxmayaraq, mən ruhdan düşmürəm və çalışıram ki, daha da yaxşı formada çıxış edim. İnşallah, daha çox çalışacam ki, milliyə dəvət olunum. 

- Bu qələbə ilə xal ehtiyatınızı artırdınız. Amma liderlə xal fərqi var. Bunu aradan qaldırmaq çətin olmayacaqki? 
- Çalışmalıq ki, bu fərqi aradan qaldıraq. İstəyirik ki, azarkeşlərimizi sevindirək və yenidən Premyer Liqaya vəsiqə qazanaq. Bunu bacarmaq üçün öz üzərimizdə daha çox çalışmalıyıq. 

- Komandanın bərabərlik qolunu vurdun. Hədəfin çempionatda bombardir olmaqdır? 
- Çalışıram ki, hər oyunda komandama vurduğum qolla kömək edim. Amma biz daha çox komanda şəklində oynamalıyıq. Bombardirlik isə ikinci plandadır.


photo photo