fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Birinci liqada heç bir oyun asan keçmir"

oktyabr 30, 2015 | Medİa
photo
Novruz Əzimov

I Divizionun VII turunda "Şahdağ"a qarşı keçirilən oyun “Bakı”nın 3-0 hesabı qələbəsiylə yekunlaşdı. 


Novruz Əzimov: "Birinci liqada heç bir oyun asan keçmir, hər qarşılaşma gərginliyi ilə yadda qalır. Hesab 3:0 bitsə də, çətinliklə qalib gəldik. İlk hissənin sonlarında ilk qolu vurduq. Buna baxmayaraq, rəqib sona qədər müqavimət göstərdi. Komandamız düşünülmüş, mübariz oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Birinci hissədə müdafiə və mərkəzdə çox sayda səhvlərə yol verdik. Gənc futbolçularımızda qalib gəlmək istəyi çox idi, tələsirdi. Bu da səhvlər səbəb oldu. Gələcəkdə bunun azaldılmasına çalışacağıq, daha yaxşı oynamağa səy göstəriləcək. 

Heyət əsasən gənclərdən ibarətdir. Komanda oyununu inkişaf etdirməlidir. Futbolçular üzərilərində daha çox çalışmalı, fərdi keyfiyyətlərini artırmalıdır. Komanda hələ ki, istədiyim oyunu göstərmir, kollektiv tam formalaşmayıb. Futbolçuları təbrik edərkən səhvləri olduğunu diqqətinə çatdırdım, çatışmazlıqların aradan qaldırmağın vacibliyini bildirdim. Əminəm ki, onların potensialı var və komanda oyun səviyyəsini getdikcə artıracaq".



photo photo