fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Bakı" iki qızıl və bir gümüş medal qazandı

sentyabr 12, 2015 | Tədbİr
photo
Bakı Cudo Klubu

Türkiyənin Sakarya şəhərində kecirilən cüdo üzrə beynəlxalq yarışda "Bakı" cüdo klubu da qatılıb. 


Məşqçi Rafael Şahverdiyevin başçılığı altında Seymur Soltanlı 60 kg, Fariz Qəhramanov 66 kg, Ibrahim Ağakişiyev 73 kg, Abdulla Ismaylov 90+ kg, Razi Səfərov 100+ kg çəki dərəcələrində iştirak ediblər. 

73 kg çəki dərəcəsində İbrahim Ağakişiyev bütün rəqiblərini üstələyərək yarışın qalibi olub. 

90+ kg çəki dərəcəsində idmançımız Abdulla Ismaylov 2-ci yerlə kifayətlənmişdir. 

Yarışın son günündə veteran cüdoçumuz Razi Səfərov 100+ kg çəki dərəcəsində 1-ci yerə yüksəlib.



tag
Cudo
photo photo