fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Bakı" U-15 liqanın qalibi olub

may 13, 2015 | U-15
photo
"Bakı" U-15 liqanın qalibi olub (VİDEO)

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasının 2014-2015-ci il mövsümünə yekun vurulub. 


Final oyununda paytaxtın "Bakı" klubu ilə Qusarın " Şahdağ" komandası qarşılaşıb. Çempionluq uğrunda mübarizəsini davam etdirən "Bakı" görüşdə qələbə qazanmağa çalışıb. Oyunun ilk dəqiqəsi "Bakı" komandasının üstünlüyü ilə keçib. "Bakı" futbolçuları oyunun 25-ci dəqiqəsində qonaqların qapısı qarşısında qol vəziyyəti yaradıblar. Birinci hissənin son iki dəqiqəsində komandanın oyunçusu Məzahir Əhmədov rəqib qapısına qol vurub. 1:0 hesabı ilə öndə olan komanda ikinci hissəyə də iddialı başlayıb. Komandanın kapitanı Rauf Hüseynov kobud oyununa görə hakim tərəfindən sarı kartla cəzalandırılıb. Oyunun 52-ci dəqiqəsində Ayxan Abbasquluyev top fərqini ikiyə çatdırıb. Yarışın son dəqiqələrində 3-cü qol vurmaq imkanı yaransa da, komanda bu fürsətdən yararlana bilmədi. 

Beləliklə, oyun 2:0 hesabı ilə "Bakı" komandasının qalibiyyəti ilə başa çatıb. Mövsüm ərzində 64 xal toplamış “Bakı” komandası Azərbaycan çempionu oldu. “Qəbələ” ikinci, “Neftçi” isə üçüncü yeri tutub. Komandanın baş məşqçisi 

Asif Abbasov bildirib ki, 24 oyun keçirən komanda yalnız 1 dəfə məğlub olub, 3 oyundan isə sülhlə ayrılıb:

“Bizim hədəfimiz var idi. Arzumuza çatdıq. Biz birinci topu vurmalı idik”. 

Ötən il İspaniyada "Atletiko" komandasının oyunçusu Arda Turanla görüşən idmançıların məşqçisi deyir ki, indi komanda qarşısına daha sərt tələblər qoyulub: 

“İndi tamam fərqli futbol görürük. Uşaqlar çox inkişaf edib. Əvvəl uşaqlardan az tələb edirdik. İndi 50-60 faiz tələb edirik”. 

Rəqib komandanın qapısına qol vuran oyunçular deyir ki, Azərbaycan çempionluğu adını qazanmaqla, yaşıdları arasında ölkənin ən güclü komandası olduğunu göstərdilər. 

 Qeyd edək ki, ötən il də 14 yaşlılar arasında AZərbaycan çempionu adını " Bakı" komandası qazanıb.

apa.tv






tag
U-15 liqa
photo photo