fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

“Bakı” "Atena U-12 Liqa"nın qalibi olub

may 9, 2015 | U-12
photo
“Bakı” "Atena U-12 Liqa"nın qalibi olub

“Atena U-12 liqası”na bu gün yekun vurulub. 


“Bayıl Arena”da baş tutan həlledici oyunda “Bakı” və “Qəbələ” klubları üz-üzə gəliblər. Görüş “Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu ilk yarıda vurduğu 2 qolla çempion adını qazanıb. Üçüncü yeri isə “Neftçi” tutub. 

Final görüşü başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Medallar təqdim olunmamışdan öncə mövsümün ən yaxşılarının adları açıqlanıb. 

“Atena U-12 liqası”nın ən yaxşı oyunçusu “Bakı”nın üzvü Nihat Cəfərov seçilib. Çempionatın bombardiri 39 qolla “Xəzər Lənkəran”dan Musa Musazadə olub. Fair-play üzrə isə “Qəbələ”nin qapıçısı Elmur Bayramov mükafatlandırılıb. Bundan sonra ilk 3 yeri tutan komandalara medallar, “Bakı” isə həm də çempionluq kuboku təqdim edilib. 

Qeyd edək ki, qalibləri AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın texniki direktoru Bernhard Lippert mükafatlandırıblar.



photo photo