fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Baki" "Vətənpərvər kuboku"-nun qalibi oldu

aprel 27, 2014 | U-13(2001)
photo
U-13

“Vətən” RİOEUGFM-nin təşkilatçılığı ilə 2001-ci il təvəllüdlü yeniyetmələr arasında 1-ci "Vətənpərvər kuboku” futbol turnirinin yarımfinal və final oyunu keçirilib.

10 komandanın qatıldığı turnirin final mərhələsinə çıxmaq üçün ilk olaraq meydana “Bakı” və “Şamaxı” komandaları çıxdı. Yekunda komandamız 4:2 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin ediblər. Digər yarımfinal oyununda “Vətən” RİOEUGFM “Lənkəran” UGİM-i (2:1) məğlub edərək finala adlayıb.

Üçüncülük uğrunda “Şamaxı” və “Lənkəran” UGİM qüvvəsini sınayıb. Bu dəfə qalib penaltilər seriyası ilə müəyyənləşib. Daha sərrast olan şamaxılılar (4:2) qalib gələrək bürünc medallara yiyələnib.

Final görüşü də maraqlı idman mübarizəsi şəraitində keçdi. Hər iki komandanın səylərinə baxmayaraq, oyunun əsas vaxtında hesab açılmadı. Yarışın reqlamentinə uyğun olaraq, dərhal penaltilər seriyasına keçildi. Daha dəqiq olan bakılılar 4:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi oldular.

Oyundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi. İlk öncə çıxış üçün söz “Vətən” RİOEUGFM-un direktoru vəzifəsini icra edən Mustafa Həsənova verildi. O çıxışında bütün iştirakçılara uğurlar arzulayaraq, qalibləri təbrik etdi.

Ardından turnirdə fərqlənən futbolçular mükafatlandırıldı. Turnirin ən yaxşı qapıçısı Əmrah Cəfərov (“Vətən-2”), ən yaxşı müdafiəçisi Vahid İmanov (“Rəvan”), ən yaxşı yarımmüdafiəçisi Ramin Tağıyev, ən yaxşı hücumçusu Ramil Əlizadə (“Lənkəran” UGİM), ən məhsuldar oyunçusu Musa İsmayılov (“Vətən”) və ən yaxşı oyunçusu Anar Bağırov (“Rəvan”) seçildilər. Qaliblərə “Vətən” RİOEUGFM tərəfindən xüsusi diplomlar və xatirə hədiyyələri təqdim olundu.

Hakimlər də əliboş qalmadı. Final oyununu yüksək səviyyədə idarə edən hakimlər briqadası – Ziya Nəsirov, Zöhrab Abbasov, Müslim Əliyev və Namiq Süleymanova da turnirdən xatirə hədiyyələri təqdim olundu.

Sonda müvafiq olaraq “Şamaxı” UGİM, “Vətən” və “Bakı” komandalarının üzvləri diplom və medallarla təltif edildilər.



tag
U-13
photo photo