fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

U-16 liqası: Bakı 5:1 Şahdağ

aprel 13, 2014 | U-16
photo
U-16

Bu gün U-16 komandamız çıxış etdiyi U-16 liqasında təxirə salınmış görüşünü keçirib. Belə ki, 15-ci turun oyunu çərçivəsində “Bakı” evdə “Şahdağ”ı qəbul edib. Bolqollu qarşılaşma komandamızın 5:1 hesablı qələbəsiylə yekunlaşıb. “Zolaqlılar”ın qollarına Kənan Rəfiyev, Məhəmmədəli Zeynalov, Ümid Şükürlü, Murad Hüseynov və Qara Mehralızadə imza atıb.

“Bakı” – Yaşar Quliyev, Famil Camalov, Murad Məmmədxanov, Murad Hüseynov, Emil Əliyev, Oqtay Quliyev, Əmrah Bayramov, Ümid Şükürlü, Məhəmmədəli Zeynalov, Kənan Rəfiyev, Qara Mehralızadə.

Xatırladaq ki, komandamız növbəti tur evdə “Neftçi” İSM-lə üz-üzə gələcək.



tag
U-16
photo photo