fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Uinston Parks əməliyyat olundu

noyabr 14, 2012 | A Komanda
photo
Uinston Parks

Komandamızın hücumçusu Uinston Parks 14 noyabr 2012-ci il tarixində Aclbademdə dizin qabağ çapraz bağının bərpası əməliyyatı keçirdi. 

Acıbadem Fulya xəstəxanası İdman bölümündə professor doktor Ömer Taşer tərəfindən əməliyyat olunan futbolçunun vəziiyəti qənaətbəxş olaraq dəyərləndirilir.

Cərrahiyyə əməliyyatının uğurlu alındığı və Parksın təkrar müayinədlərdən sonra 19 noyabr tarixində evə buraxılacağı bildirildi.

Eyni gündə Acıbademdə gənc futbolçumuz Eltun Hüseynov da əməliyyata məruz qalıb. Dizinin xarici yan bağında yırtıq aşkarlanan Eltunun da bərpa əməliyyatı sonrası özünü yaxşı hiss etdiyi və bir neçə gün həkim nəzarətində olacağı açıqlandı.



tag
Parks
photo photo