fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

26 fevral milli hüzn günüdür

fevral 25, 2016 | Tədbİr
photo
Hocalı soyqırımı

26 fevral Azərbaycanda milli hüzn günüdür. Məhz fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xocalı şəhərinə soxularaq dinc əhalini vəhşicəsinə qətlə yetirmişdir.

Qanlı olayda xalqımız 613 şəhid verib. Vandalizm aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynindən məhrum olub, 1425 Xocalı sakini isə əsir və itkin düşüb.

Artıq bu hadisənin üstündən 22 il ötür. Amma müstəqil Azərbaycan Respublikası bu qanlı tarixi heç vaxt unutmur. İllər ötdükcə ölkəmiz bu faciə haqda dünya ictimaiyyətini məlumatlandırmışdır. Məqsədyönlü tanıtımın nəticəsidir ki, hazırda Meksika, Çexiya, Kolumbiya, Bosniya və Hersoqovina, Pakistan, həmçinin ABŞ-ın 14 ştatı bu hadisəni faciə kimi qəbul edib.

“Bakı” Futbol Klubunun rəhbərliyi faciə qurbanlarının xatirəsini əziz tutaraq, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir.




photo photo