fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

U-14 komandamız 3-cü oldu

fevral 17, 2014 | U-14
photo
U-14

Bu gün U-14-lər arasında ölkə kubokunun final və 3-cü yer uğrunda görüşləri baş tutub. "Bakcell U-14 Elit Kuboku"nda mübarizənin sonuncu günü “Bakı” 3-cü yer uğrunda oyunda “Qarabağ”la qarşılaşıb. Gərgin keçən görüş komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

“Bakı”nın qollarına Şakir Seyidov, Mirnahid Qurbanov və Məzahir Əhmədov imza atıb. “Bakı” – Nicat Mehbalıyev, Fərid Nadirov, Rauf Hüseynli, Nicat Musazadə, İlkin Həsənli, Şakir Seyidov, Mirnahid Qurbanov, Rəşad Abbaszadə, Kənan Cəfərov, Ayxan Abbasquliyev, Məzahir Əhmədov. 

Xatırladaq ki, finalda "İnter"lə "Neftçi" qarşılaşıb. "Neftçi" bu görüşdən 2:0 hesabı ilə qalib ayrılaraq xüsusi kuboka yiyələnib. Komandalara medalları futbol ictimaiyyətinin tanınmış simaları Rauf Əliyev, İskəndər Cavadov, Georgi Nikolov və Sadıq Sadıqov təqdim edib.



fotoqalereya
tag
U-14
photo photo