fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"FK Bakının ulduzları" komandasının heyəti açıqlandı

aprel 30, 2013 | A Komanda
photo
FK Bakı

Xəbər verdiyimiz kimi “Bakı” futbol klubunun dəvəti ilə İspaniyanın “Atletiko de Madrid” ölkəmizdə səfərdədir. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda “Atletiko de Madrid” və “FK Bakının ulduzları” komandalarının arasında beynəlxalq yoldaşlıq görüşü baş tutacaq. Komandamızın baş məşqçisi Novruz Əzimov “Bakı”nın heyətini açıqlayıb.









«FK Bakının ulduzları»

Kamran Ağayev (k)
Aqil Məmmədov
Aqil Nəbiyev
Şəhriyar Əliyev
Əziz Quliyev
Novruz Məmmədov
Cavid Hüseynov
Elvin Məmmədov
Namiq Ələsgərov
Rəhman Hacıyev
Nurlan Novruzov
Rauf Əliyev

Elşən Rzazadə
Sənan Bayramzadə
Vadim Abdullayev
Vüqar Mustafayev
Raul Yaqubzadə
Tural Qürbətov
Valeh Seyidov
Mahir Mədətov
Ülvi Süleymanov
Vüqar Namazaliyev

Baş məşqçi: Novruz Əzimov

Xatırladaq ki, qeyd olunan oyun bu gün (30 aprel 2013) baş tutacaq. 20:00-da başlanacaq oyunun baş hakimi Rəhim Həsənovdur. Möhtəşəm futbol bayramı isə saat 19:00-dan etibarən konsert proqramı ilə start götürəcək. Bütün futbol sevənləri stadiona dəvət edirik.

photo photo