fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

"Atletiko" "Bakı"nin bazasında

aprel 1, 2013 | Tədbİr
photo
Atletiko Madrid

Bu gün paytaxtımızda “Bakı” futbol klubunun dəvəti ilə səfərdə olan İspaniyanın “Atletiko de Madrid” klubunun nümayəndələri “Bakı”nın təlim-məşq bazasını ziyarət etdilər. Əvvəlcə hər iki klubun nümayəndələrinin iştiraki ilə mətbuat konfransi keçirildi.

Qonaq tərəfinini “Atletiko”nun baş məşqçisi, argentinalı mütəxəssis Diego Simeone  və klubun türkiyəli legioneri, ölkəmizdə olduqca popular olan Arda Turan təmsil etdilər. “Bakı” futbol klubundan İcraçı Direktor Yaşar Seyidov, klubun İdman Direktoru Novruz Əzimov və media və marketing departamentin rəhbəri Nəriman Mehdiyev qatıldılar. Klubların nümayəndələri əməkdaşlıqla bağlı jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

Mətbuat konfransından sonra ispanların məşqi baş tutdu. Məşq çoxsaylı azarkeşlərin müşaidəsi ilə keçdi.



fotoqalereya
photo photo