fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Oyundan sonra: Yüsif Kazımov

aprel 13, 2013 | U-13(2001)
photo
Yusif Kazımov (11)

"Bakı" U-13-ün hücumçusu Yüsif Kazımov, ROİL-in qapısına vurduğu qolla komandamıza 3 xal və qələbə qazandırdı. İnamlı oyunu ilə diqqətləri çəkən gənc forvard "Oyundan sonra" rubrikasının qonağı oldu. 

 

-Hansı məktəbdə təhsil alırsan?


- Ruslan Mirzəyev adlı 190 nömrəli məktəbdə təhsil alıram. Məktəbimi çox sevirəm.


- Niyə məhz futbolu seçmisən?


- Əslində futbola həvəsim uşaqlıqdan başlayıb. Daha doğrusu 7 yaşımda “İnter” komandasında oynamaq istəyirdim. Lakin yoxlanışdan sonra məni öz sıralarına almadılar. Buna baxmayaraq, həvəsdən düşmədim və futzalla məşğul olmağa başladım.

“Bakı” klubuna ötən ilin sentyabr ayından qatılmışam. Əmim məni ilk dəfə kluba gətirdiqdə hiss etdim ki, burada  “Bakı” klubunda oynayacam. Onu da qeyd edim ki, Akademiyamızda çox güçlü təlim sistemi var və bu 8 ay içində klubun sahəsində inkişaf edə bilmişəm.


- Ailən sənin futbol seçimini dəstəkləyirmi?


- Bəli, anam və atam mənə bu yolda böyük dəstək olurlar. Ən böyük arzum güçlü və tanınmış futbolçu olmaqdır. İnanıram ki, buna nail olacağam.


- Hansı komandaya azarkeşlik edirsən?


- Təibi ki, “Bakı”ya. Ən sevdiyim komandalar “Barcelona” və “Fenerbahçe”dir. Bu iki komandanın oyun stilini çox bəyənirəm.


- Futbolda kumirin varmı?


- Fernando Tores ən bəyəndiyim futbolçudur. Gələcəkdə onun kimi güclü bir hüçumçu olmaq istəyirəm.


- Futboldan başqa nə ilə məşğul olursan?


- İdmanı çox sevirəm. Boş vaxtlarımda üzgüçülüklə məşğul oluram. Dözümlüyüyü artırmaq üçün hər səhər yürüşə çıxıram. Əgər güclü hücumçu olmaq istəyirəmsə, sürətlə qaçmağı bacarmalıyam. 


 “Bakı” klubunda bizə hərtərəfli şərait yaradılıb, yüksək qayğı ilə əhatə olunmuşuq. Bütün bunlara görə klubumuzun rəhbərliyinə təşəkkür edirəm və söz verirəm ki, qələbələrlə onları sevindirəcəyik. 



photo photo