fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

Fərrux İsmayılov: Zəhmətimizin bəhrəsi görünməkdədir

aprel 11, 2013 | U-11
photo
Fərrux İsmayılov

Bir zamanlar Azərbaycanın ən sevilən futbolçularından biri olan Fərrux İsmayılov peşəkar karyerasını bitirdikdən sonra artıq 2 ildir ki, "Bakı" futbol klubunun akademiyasında məşqçi vəzifəsində çalışır.

Uşaqlara futbolun sirrlərini öyrədən gənc məşqçi 1978-ci ildə anadan olmuşdur. Maraqlıdır ki, Fərruxun böyük futbolda atdığı ilk addımlar "Bakı"nın tarixi sələfi sayılan "Dinamo"dan başlayıb. Bir hücumçu kimi onun daima rəqib qapısına yönələn fəaliiyəti və özünəməxsus yüksək texnikalı futbolçu olması Fərruxun minlərlə azarkeşin sevimlisin çevrilmısində xüsusi rol oynayıb. 

Müxtəlif illərdə "Neftçi", "Qarabağ", "Karvan" kimi iddialı klubların heyyətində forma geyən Fərrux İsmayılov Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı futbolçulardan biri kimi tarixə düşüb. Fərrux İran və Ukrayna ikimi ölkələrdə top qovaraq ilk milli legionerlərdən biri kimi də tanınır.

1998-2007-ci illərdə 31 dəfə Azərbaycan milli komandasıınn formasını geyən Fərrux ismayılov 4 dəfə fərqlənib. Bir sözlə, gənc nəslin ondan öyrənilməli çox şey var.

Bu gün Fərrux 10-11 yaşlı uşaqlarla çalışır. 

Fərrux İsmayılovun məşqçisi olduğu  U-11 komandamız bu günlərdə başa çatan "Sabahın ulduzları" turnirinin qalibi adını qazanıb. Gənc məşqçi uşaq futboluna baxışı, gündəlik qayğıları və planları barədə "Bakı" futbol klubunun internet televiziyasına verdiyi müsahibəsində geniş danışır. 





photo photo