fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

İlk çempionluq U-11-dən gəldi

aprel 7, 2013 | U-11
photo
"Sabahın ulduzları" çempionatının qalibi
U-11 komandamız

Bu gün Bakı Futbol Federasiyasının 2002-2003-cü il təvəllüdlü futbolçular arasında keçirdiyi VIII “Sabahın ulduzları” paytaxt çempionatına yekun vurulub.

"Şəfa" stadionunun 3-cü meydançasında baş tutan son qarşılaşmada "İnter"lə üz-üzə gələn U-11 komandamız oyunu 2:2 hesablı heç-heçə ilə başa vuraraq çempionluğunu rəsmiləşdirib.

U-11 komandamızın baş məşqçisi Fərrux İsmayılovun rəhbərliyi altında çempion sevincini yaşayan 11 yaşlı futbolçularımız eyni zamanda da "Bakı" futbol klubuna cari mövsümün ilk titulunu qazandırıblar.



photo photo