fcbaku.com official web site of FC Baku

Language:

xəbər xəttİ

U-12 komandamızBanişevski turnirində ikinci oldu

fevral 23, 2013 | U-12
photo
Anatoli Banişevski

Bu gün "Dalğa Arena" stadionunda əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş ənənəvi "Banişevski kuboku"nun final mərhələsinin oyunları keçirilib. Onu da əlavə edək ki, final qarşılaşması  Anatoli Banişevskinin doğum gününə təsadüf edirdi. Bu gün onun 67 yaşı tamam olardı.

12 yaşa qədər gutbolçular arasında təşkil olunan turnirin finalına yüksələn U-12 komandamız həlledici oyunda "Neftçi"li həmyaşıdları ilə qarşı-qarşıya gəlib. Maraqlı mübarizə ilə yadda qalan final oyunu rəqiblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Bakı" U-12 bu nəticə ilə  "Banişevski kuboku"nu ikinci pillədə başa vurub.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.  



fotoqalereya
tag
U-12
photo photo